"Liverpul" hücumçusu Məhəmməd Salahla yeni müqavilə imzalamağa yaxındır.
Newsport.az-ın məlumatına görə, bu barədə "Mirror" məlumat yayıb.
Mersisayd klubunun gələn ilin yayında müqaviləsi başa çatacaq misirli futbolçu ilə razılığa gəldiyi bildirilib.
Xəbərdə qeyd olunub ki, PSJ-nin transfer etmək istədiyi futbolçunun meneceri "Liverpul"la danışıqlar zamanı klubla 3 illik müqavilə imzalanmasını istəyib. "Liverpul" isə əvvəlcə 1 illik sözləşmə təklif edib. Daha sonra isə tərəflər 2 illik müqaviləyə razılaşıblar.
Qeyd edək ki, 2017-ci ildən "Liverpul"da çıxış edən 32 yaşlı futbolçu bu mövsüm ümumilikdə 21 oyunda 15 qol vurub, 12 qol ötürməsi edib.