”Leyptsiq” yeni baş məşqçi namizədlərini açıqlayıb

“Leyptsiq” yeni baş məşqçi kimi “Çelsi”nin keçmiş çalışdırıcısı Qrem Potter və “Mançester Yunayted”in keçmiş baş məşqçisi Erik ten Haqı nəzərdən keçirir.

Newsport.az-ın məlumatına görə, Almaniya klubunun hazırkı baş məşqçisi Marko Roz komandanın nəticələrini yaxşılaşdırmazsa, Potter və ya Ten Haq onu əvəz edə bilər.

“Vest Hem” və “Vulverhempton”un da Potterin fəaliyyətində maraqlı olduğu bildirilib.

“Leyptsiq” Almaniya Bundesliqasının 13 turundan sonra 24 xal toplayıb və hazırda dördüncü pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right