Azərbaycanda işləmiş məşqçi "Hall Siti"ni çalışdıracaq

İngiltərənin "Hall Siti" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Newsport.az xəbər verir ki, Çempionşip təmsilçisini Ruben Selles çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

41 yaşlı ispan mütəxəssislə 2027-ci ilin yayında kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Ruben Selles daha əvvəl Azərbaycanda çalışıb. 41 yaşlı mütəxəssis 2012-2014-cü illərdə "Neftçi"də, 2015-2017-ci illərdə isə "Qarabağ"da köməkçi məşqçi vəzifəsini yerinə yetirib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right