“Real”ın zədəliləri sağaldı

“Real”ın zədəli futbolçuları sıraya dönüb. Newsport.az xəbər verir ki, hücumçu Vinisius Junior və müdafiəçi David Alaba kollektivlə məşqlərə qoşulublar.

Vinisius noyabrın 24-də “Leqanes”lə matçda sol biseps əzələsindən zədə almışdısa, Alaba 2023-cü ilin dekabrından bəri oynamır. Onların tezliklə komandaya kömək edəcək durumda olacağı bildirilib.

Qeyd edək ki, “Real” La Liqada növbəti oyununu sabah səfərdə “Jirona”ya qarşı keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right