"Fənərbaxça" Türkiyə Kubokunda iştirak etmək istəmir: TFF-yə müraciət etdilər

Türkiyənin iki klubu futbol üzrə ölkə kubokunda iştirak etmək istəmir.

Newsport.az xəbər verir ki, söhbət "Fənərbaxça" və "Kasımpaşa"dan gedir. Bu barədə yerli mətbuat məlumat yayıb.

Super Liqada mübarizə aparan İstanbul təmsilçiləri Türkiyə Kubokuna qatılmaq niyyətində deyil. Hər iki klub bununla bağlı Türkiyə Futbol Federasiyasına (TFF) rəsmi məktub göndərib.

Federasiya hələ ki, klubların müraciətinə cavab verməyib. Klubların istəyi qəbul olunmasa, onlar kubokda U-19 komandası ilə iştirak etmək variantını da nəzərdən keçirir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right