Kurtua yeni müqavilə istəyir

Tibo Kurtua “Real”la yeni müqavilə bağlamaq istəyir. Belçikalı qapıçı Səudiyyə Ərəbistanından bir neçə sərfəli təklif alsa da, madridlilərin anlaşmanı uzadacağı günü gözləyir.

Newsport.az xəbər verir ki, təcrübəli qolkiper karyerasını Avropada davam etdirmək, dünyanın ən yaxşı klubunda çıxış etmək niyyətindədir. Bu səbəbdən o, gələn təkliflərə hətta nəzər yetirmir. Onun rəsmi təmsilçisi İspaniya nəhəngi ilə təmasa girərək müştərisi haqd gələcək düşüncələrini öyrənməyə çalışır.

“Real” da 32 yaşlı belçikalının çıxışından razıdır. Müqavilə müddəti 2026-cı ilin yayında bitəcək Kurtuaya mövsümün sonunda yeni təklif ünvanlanacağı gözlənilir.

Tibo 2018-ci ildə 35 milyon avro qarşılığında “Çelsi”dən transfer edilib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right