"Bavariya" "Real"ın müdafiəçisini istəyir

"Bavariya" mərkəz müdafiəçisi axtarışlarını davam etdirir.

Newsport.az "Marca"ya istinadən xəbər verir ki, Münhen təmsilçisi "Real"ın müdafiəçisi Raul Asensio üçün hərəkətə keçib.

Almaniya nəhəngi ispaniyalını heyətinə qatmağı planlaşdırır.

Asensionun "Real"la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. "Bavariya" öncə ispaniyalını icarəyə götürüb, daha sonra isə təzminat məbləği ödəyərək birdəfəlik heyətinə qatmaq niyyətindədir.

21 yaşlı müdafiəçi "Real"ın yetirməsidir və yalnız bu klubda oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right