“Brayton”un futbolçusunun evi qarət olundu

İngiltərənin “Brayton” klubunun futbolçusu Valentin Barkonun evi qarət edilib.

Newsport.az xəbər verir ki, bu barədə onun sevgilisi sosial şəbəkələrdə bildirib.

Hazırda “Sevilya”da icarə əsasında çıxış edən argentinalı futbolçunun sevgilisi İspaniyadakı evlərində baş verən oğurluq hadisəsinin görüntülərini sosial şəbəkələrdə paylaşıb və təhlükəsizliyin aşağı səviyyədə olmasından şikayətlənib.

Qadın artıq polisə şikayət etdiklərini bildirib.

Bu il Argentinanın “Boka Xuniors” klubundan “Brayton”a transfer olunan Barko 2025-ci ilin yayına qədər İspaniya təmsilçisinə icarəyə verilib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right