“Borussiya” Malendən imtina edir

Dortmund “Borussiya”sı daha bir futbolçusunu satmağa hazırlaşır. Klub rəhbərliyi Doniel Malen üçün gələn təklifləri dəyərləndirmək fikrindədir.

Newsport.az xəbər verir ki, Almaniyada qalmaq istəməyən və klubda problemlər yaşayan Surinam əsilli niderlandlı müqavilə müddətini uzatmaqdan imtina edib. Bu səbəbdən Bundesliqa təmsilçisi onu elə bu qış satmaq niyyətindədir.

2021-ci ildə PSV-dən 30 milyon avroya alınan cinah oyunçusu üçün elə həmin məbləğ tələb olunur. “Borussiya” ilyarım sonra anlaşması bitən futbolçunu azad agent kimi itirməmək üçün ndi transferə çıxartmağı lazım bilib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right