Bu gün Fransa milli komandası ilə Parisdə yoxlama oyunu keçirəcək Almaniya milli komandası Fransada gözlənilməz olayla üz-üzə gəlib.
Newsport.az-ın məlumatına görə, Fransa polisi bundestimin qaldığı oteldə axtarışlara başlayıb. "Sky Sport” un məlumatına görə, Fransa polisinə gizli nömrədən zəng daxil olub. Məlumatda Almaniya milli komandasının qaldığı otelə "bomba” yerləşdirildiyi bildirilib. Fransa polisi dərhal əməliyyat tədirlərinə başlayıb. Hazırda otel tam boşaldılıb və axtarış işləri davam edir.
Məlumatı Almaniya milli komandasının meneceri Oliver Birhuff da təsdiqləyib.
Qeyd edək ki, Fransa – Almaniya oyunu bu gün saat 00:00-da keçiriləcək.