Çempionlar Liqası: millimizin üzvü oynadı, komandası heç-heçə etdi

Asiya Çempionlar Liqasında Liqa fazasının 6-cı turunun oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, Azərbaycan milli komandasının üzvü Eddi İsrafilovun formasını geyindiyi "Cohor Darul Tazim" (Malayziya) doğma meydanda Tailandın "Buriram Yunayted" klubunu qəbul edib. Qarşılaşma qolsuz bərabərliklə başa çatıb.

Eddi İsrafilov da bu oyunun iştirakçısı olub. 32 yaşlı yarımmüdafiəçi matça start heyətində başlayıb və 90 dəqiqə meydanda qalıb.

"Cohor Darul Tazim" 6 turdan sonra 8 xal toplayıb və Asiya Çempionlar Liqasının şərq zonasında 12 komanda arasında turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right