İstanbul klubu Tuncay Şanlını istefaya göndərdi

Türkiyənin "Ümraniyespor" klubu baş məşqçi Tuncay Şanlı ilə bağlı qərar verib.

Newsport.az-ın məlumatına görə, I Liqa təmsilçisi 42 yaşlı mütəxəssislə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Türk məşqçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Tuncay Şanlı mövsümün əvvəlində "Ümraniyespor"un baş məşqçisi təyin olunmuşdu. İstanbul təmsilçisi I Liqada 14 turdan sonra 19 xal toplayıb və turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right