“Fiorentina”nın futbolçusunun həyati təhlükəsi sovuşdu

“Fiorentina”nın futbolçusu Edoardo Bovenin durumuna aydınlıq gəlib. Newsport.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçinin səhhətində heç bir təhlükə qalmadığı açıqlanıb.

Xəstəxanada müalicə alan futbolçu artıq komanda yoldaşları ilə görüşüb. Bove hətta tezliklə komandaya qoşulmaq və yenidən yaşıl meydanlara dönmək istəyini onlara bildirib.

Qeyd edək ki, Edoardo Bove İtaliya A Seriyasının XIV turunda “İnter”lə (0:0) görüşdə huşunu itirib və matç yarımçıq dayandırılıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right