Bir ay əvvəl "Qarabağ"a uduzmuşdular, dünən çempion oldular

Norveçin yüksək futbol liqasında 2024-cü ilin çempionu müəyyənləşib.

Newsport.az xəbər verir ki, sonuncu - 30-cu turun matçında "Bodo-Qlimt" evdə "Lillestrem"lə qarşılaşıb. Görüş Bodo təmsilçisinin 5:2 hesablı qələbəsi ilə yekunlaşıb. Bu qələbə sayəsində xalını 62-ya yüksəldən Hyetil Knutsenin komandası çempionluğu təmin edib.

Bu, onların ümumilikdə və ardıcıl 4-cü çempionluğu olub.

İkinci yeri 59 xalla "Brann", üçüncü yeri isə 57 xalla "Vikinq" tutub. 

Xatırladaq ki, "Bodo-Qlimt" bu mövsüm Avropa Liqasında "Qarabağ"ın rəqiblərindən olub. Noyabrın 7-də keçirilən oyunda Ağdam təmsilçisi həmin komandanı səfərdə 2:1 hesabı ilə məğlubiyyətə uğradıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right