Azərbaycanlı futbolçu Asiya təmsilçisi ilə müqavilə imzaladı

2020-ci ildən Taylandda yaşayan Məmməd Quliyev özünə yeni komanda tapıb.

Newsport.az saytına verilən məlumata görə, 29 yaşlı yarımmüdafiəçi bu dəfə də Tayland klubu ilə anlaşıb.

Quliyev "Muanqloei Yunayted"lə müqavilə imzalayıb.

Həmyerlimiz mövsümün sonuna qədər həmin klubda oynayacaq. Bu klub Tayland üçüncü liqasında çıxış edir.

Qeyd edək ki, Məmməd Quliyev indiyə qədər “Rəvan”, “İnter”(indiki “Şamaxı”), “Şüvəlan”, “Kamphaengphet”, “Kasem Bundit”, “Thonburi Yunayted”, “Uttaradit”, “Saraburi Yunayted”(hamısı Tayland) komandalarının formasını geyinib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right