“Real”la “Liverpul” futbolçu mübadiləsi edə bilər

Yaxın gələcəkdə “Real” və “Liverpul” arasında böyük bir futbolçu mübadiləsi baş tuta bilər.

Newsport.az “Defensa Central”-a istinadən xəbər verir ki, söhbət iki yarımmüdafiəçidən gedir. İngiltərə klubu Ryan Qravenberxi üzərinə 30 milyon avro əlavə edərək, Orelyen Tçuameni ilə dəyişməyə hazırdır.

24 yaşlı fransalı futbolçunun “transfermarkt” portalı tərəfindən dəyəri 100 milyon avro olaraq qiymətləndirilir. 22 yaşlı Qravenberxin isə qiyməti 40 milyon avro təşkil edir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right