PSJ-nin qolkiperi "Milan"a qayıdır

PSJ və İtaliya millisinin qapıçısı Canluici Donnarumma ölkəsinə qayıda bilər. 

Newsport.az "Tuttosport"a istinadən xəbər verir ki, Paris təmsilçisi Donnarumma ilə müqavilə müddətini artırmaq niyyətində deyil.

O, qışda PSJ-ni tərk etməyi planlaşdırır. Onun sabiq komandası "Milan"a qayıdacağı ehtimal edilir.

Belə ki, "rossonyerlər" Mayk Menyanı iddialı klublardan birinə sataraq, onu məhz PSJ-nin qolkiperi ilə əvəzləmək istəyir.  

25 yaşlı qapıçının PSJ ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right