"Liverpul"da ciddi itki "Mançester Siti"yə qarşı oynamayacaq

İngiltərənin "Liverpul" klubunun heyətində ciddi itki baş verib.

Newsport.az xəbər verir ki, Mersisayd təmsilçisinin müdafiəçisi İbrahima Konate sıradan çıxıb.

Fransalı futbolçu Çempionlar Liqası Liqa fazasının "Real"la matçında "2:0) zədələnib. 25 yaşlı mərkəz müdafiəçisi bir neçə həftə yaşıl meydanlardan uzaq qalacaq.

"Liverpul" İngiltərə Premyer Liqasının 12-ci turunda 1 dekabr tarixində doğma meydanda "Mançester Siti" ilə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right