AVRO-2016-nın rəsmi topu təqdim olunub.
Newsport.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, "Adidas” şirkətinin istehsalı olan topa "Beau Jeu” (Gözəl oyun) adı verilib.
Qeyd edək ki, Avropa Çempionatı gələn il iyunun 10-dan iyulun 10-a kimi Fransada keçiriləcək və turnir tarixində ilk dəfə qitə birinciliyində 24 komanda iştirak edəcək.