"Real"ın yarımmüdafiəçisi Eduardo Kamavinqa zədələnib.
Newsport.az xəbər verir ki, o, ötən gecə Çempionlar Liqasının 5-ci turunun "Liverpul"la matçında sıradan çıxıb.
22 yaşlı futbolçu 57-ci dəqiqədə zədə alıb və oyuna davam edə bilməyib.
Fransalı oyunçunun bir neçə həftə yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.
Qeyd edək ki, bu mövsüm Kamavinqa bütün yarışlarda 9 oyun keçirib və 1 qol ötürməsi verib.