"Qalatasaray" "Qarabağ"ın rəqibinin futbolçusunu istəyir

"Qalatasaray" Avropa Liqasının 5-ci turunda "Qarabağ"ın rəqibi olan "Lion"un futbolçusu Korentin Tolisso ilə maraqlanır.

Newsport.az "Footmercato"ya istinadən xəbər verir ki, Türkiyə çempionu Fransa millisinin üzvü üçün qarşı tərəfə təklif göndərib.

Hazırda maliyyə böhranı yaşayan "Lion"un "Qalatasaray"ın cəlbedici təklifindən imtina etməyəcəyi iddia olunur.

"Lion"un yetirməsi olan Tolissonun özünün də "Qalatasaray"a keçməyə müsbət yanaşır. 30 yaşlı futbolçu karyerası ərzində "Lion"la yanaşı "Bavariya"da da oynayıb. Onun Fransa klubu ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right