"Yuventus"dan ayrılan Pol Poqba İngiltərə Premyer Liqasına qayıda bilər.
Newsport.az-ın məlumatına görə, "Nyukasl" hazırda azad agent statusunda olan fransalı yarımmüdafiəçini heyətinə qatmaq istəyir. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.
Premyer Liqa klubu 31 yaşlı orta xətt oyunçusu ilə danışıqlara başlayacaq.
Qeyd edək ki, Pol Poqba daha əvvəlin İngiltərədə "Mançester Yunayted"də çıxış edib.