Luis Suareslə bağlı qərar verildi

ABŞ-nin "İnter Mayami" klubu ilin sonunda müqaviləsi başa çatan Luis Suareslə bağlı qərar verib.

Newsport.az-ın məlumatına görə, MLS təmsilçisi uruqvaylı hücumçunun sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

37 yaşlı forvardla 2025-ci ilin sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb. 

Qeyd edək ki, Luis Suares bu ilin yanvar ayından "İnter Mayami" də çıxış edir. Ulduz futbolçu komandanın heyətində keçirdiyi 37 rəsmi matçda 27 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right