"Mançester Yunayted" "Milan"ın müdafiəçisini istəyir

"Mançester Yunayted"in yeni baş məşqçisi Ruben Amorim daha bir futbolçunun transfer edilməsini rəhbərlikdən xahiş edib.

Newsport.az "The Sun"a istinadən xəbər verir ki, Viktor Qyökereşin transferini istəyən Ruben Amorim indi də Teo Hernandezin komandaya lazım olduğunu bildirib. 

27 yaşlı fransalının "Milan"la hazırkı müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir.

"Mançester Yunayted" Teo üçün qarşı tərəfə 60 milyon avro ödəməlidir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right