“Beşiktaş” rəhbərliyində istefalar

“Beşiktaş” rəhbərliyində bir neçə şəxs istefa verib. Newsport.az xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, klubun vitse-prezidenti Onur Göçməz, idman koordinatoru Samet Aybaba, klub məsləhətçisi Bred Fridel, media və kommunikasiya qrupu koordinatoru Okay Karaca və rabitə meneceri İşıl Zeybek postunu tərk edib.

Qeyd edək ki, “Beşiktaş” hazırda Türkiyə çempionatında 21 xalla 6-cı pillədədi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right