Van Nistelroy sabiq komandasına baş məşqçi təyin oluna bilər

Bundesliqa 2-də çıxış edən "Hamburq" Steffen Baumqartın qovulmasından sonra keçmiş hücumçusu Ruud van Nistelroyu baş məşqçi təyin etməyi planlaşdırır.

Newsport.az "Bild"ə istinadən xəbər verir ki, niderlandlının təyinatı hələ Baumqartın göndərilməsindən əvvəl də nəzərdən keçirilirdi.

Van Nistelroy Erik ten Haqın qovulmasından sonra "Mançester Yunayted"də müvəqqəti baş məşqçisi vəzifəsində çalışıb. O, noyabrda klubu tərk edib. Onun rəhbərliyi altında "qırmızı şeytanlar" 4 matçda meydana çıxmışdı. Həmin görüşlərində 3-də qələbə qazanıb, birində bərabərə qalmışdılar. 

"Hamburq" 13 oyundan sonra 20 xalla 2-ci Bundesliqada 8-ci yerdədir. 48 yaşlı məşqçi "Den Boş", "Herenven", PSV, "Mançester Yunayted", "Real"(Madrid), "Hamburq", "Malaqa" klublarının formasını geyinib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right