"Qarabağ"ın Avropa Liqasındakı matçlarını izləyirəm” - İqor Akinfeyev

Moskvanın ÇSKA klubunun kapitanı və Rusiya millisinin sabiq qapıçısı İqor Akinfeyev “Qarabağ”ın Avropa Liqasının əsas mərhələsinin oyunları ilə bağlı fikirlərini bölüşüb.

Newsport.az-ın məlumatına görə, Rusiya mətbuatına danışan qolkiper “köhlən atlar”ın rəqiblərinə qarşı layiqli oynadığını deyib:

“Avropa futboluna baxıram. Xüsusən də, avrokubok oyunlarına. ÇSKA-nın qapıçılar üzrə məşqçisi Dmitri Sergeyeviç Kramarenko “Qarabağ”a azarkeşlik edir. Ona görə də, hərdən onların Avropa Liqasındakı oyunlarına baxmalı oluram. Bu mövsüm “Qarabağ” Avropa Liqasında bütün rəqiblərlə bərabər səviyyədə oyun oynayır. Doğrudur, məğlubiyyətləri var. Bu isə səviyyə ilə bağlı sualdır”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right