“Qvardiol dünyanın ən yaxşı müdafiəçilərindən biridir”

“Mançester Siti”nin sabiq müdafiəçisi Joao Kanselo “şəhərlilər”in hazırkı futbolçusu Yoşko Qvardiol haqda danışıb.

Newsport.az-ın məlumatına görə, portuqaliyalı futbolçu, Qvardiolun dünyanın ən yaxşı müdafiəçilərindən biri olduğunu bildirib:

“Qvardiol dünyanın ən yaxşı müdafiəçilərindən biridir. O, dünyanın ən güclü klublarından birində oynayır”.

22 yaşlı xorvatiyalı futbolçu bu mövsüm 18 matçda iştirak edib və 3 qol vurub.

“Mançester Siti” hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində ikinci yerdədir. Xosep Qvardiolanın komandasının 11 turdan sonra 23 xalı var.

MS noyabrın 23-də doğma meydanda “Tottenhem”lə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right