Eriksen “Mançester Yunayted”i Türkiyə klubuna dəyişə bilər

“Mançester Yunayted”in yarımmüdafiəçisi Kristian Eriksen İngiltərə Premyer Liqasını Türkiyə çempionatına dəyişə bilər.

Newsport.az-ın məlumatına görə, danimarkalı futbolçu ilə “Fənərbaxça” maraqlanır.

İstanbul klubunun baş məşqçisi Joze Mourinyo Eriksenin mümkün transferinin əsas təşəbbüskarıdır. Türklər müqaviləni qış transfer pəncərəsində tamamlamağı planlaşdırır. Futbolçu özü isə “Mançester Yunayted”də qalmaq istəyir.

32 yaşlı yarımmüdafiəçi İngiltərə Premyer Liqasının cari mövsümündə 8 oyun keçirib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right