Məmmədovun idarə etdiyi oyunda darmadağın

Azərbaycanlı FİFA referisi Orxan Məmmədov 21 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində oyun idarə edib.

Newsport.az-ın məlumatına görə, o, Xorvatiya bu ölkənin gənclərdən ibarət komandası ilə San-Marino yığmasının oyununda ədaləti qoruyub.

Matç 4:0 hesabıyla xorvatların xeyrinə başa çatıb. Məmmədov bu görüşdə bir sarı vərəqə göstərib ki, o da qonaqların futbolçusu üçün çıxarılıb.

Qeyd edək ki, Məmmədova bu görüşdə yan xətt hakimləru Yaşar Abbasovla Vaqif Musayev kömək edib. Dördüncü hakim funksiyasını isə Əliyar Ağayev yerinə yetirib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right