Rusiyada çıxış edən azərbaycanlı futbolçu Sərxan Mikayılovun cəzası açıqlanıb.
Newsport.az-ın məlumatına görə, "Viraj” futzal klubunda forma geyinən Mikayılova sərt cəza tətbiq edilib.
Belə ki, "Kurqan” – "Viraj” matçında hakimi yumruqla vuran həmyerlimiz 2 illik futboldan kənarlaşdırılıb. Bundan əlavə Mikayılova 50 min rubl məğləğində cərimə kəsilib.
championat.com