“Real”ın futbolçusu millinin heyətindən kənarlaşdırıldı

İspaniya milli komandasının və Madrid "Real"ın futbolçusu İsko zədələnib.
Newsport.az-ın məlumatına görə, 23 yaşlı yarımmüdafiəçinin əzələsində problem yaranıb. Bu səbəbdən onun İngiltərə və Belçika millisi ilə yoldaşlıq matçlarında oynamayacağı bildirilib.
İskonun La Liqada noyabrın 21-i keçiriləcək "Barselona" ilə oyuna kimi hazır olacağı gözlənilir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right