İngiltərənən "Çelsi” klubunun yarımmüdafiəçisi Eden Hazard məhkəməmdə şahid kimi ifadə verəcək.
Newsport.az-ın məlumatına görə, belçikalı futbolçu "Çelsi”nin sabiq həkimi Eva Karneyro ilə klub arasında baş tutacaq məhkəmədə şahid kimi dindiriləcək.
Qeyd edək ki, İngiltərə Premyer Liqasının I turunda "Suonsi” ilə qarşılaşmada Hazardın zədələnməsindən sonra xanım həkim icazəsiz meydana daxil olmuş və bundan sonra da baş məşqçi Joze Mourinyonun etirazına səbəb olmuşdu.
Bu hadisə Karneyronun klubdan ayrılması ilə nəticələnmişdi.