Almaniya Bundesliqasında 11-ci tura start verilib.
Newsport.az xəbər verir ki, ilk oyun günüdə lider "Bavariya" doğma meydanda "Auqsburq"u qəbul edib. Qarşılaşma Münhen təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 29-a yüksəldən "Bavariya" liderliyini davam etdirir. 12 xalı olan "Auqsburq" isə 13-cü yerdədir.