Qvardiola niyə müqaviləni uzadıb?

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola klubla müqaviləsini uzatmasının səbəbini açıqlayıb.

Newsport.az xəbər verir ki, "şəhərlilər" ötən gecə 53 yaşlı mütəxəssislə 2027-ci ilin yayına qədər müqavilə imzaladıqları haqqında məlumat yayıblar. 

Qvardiola isə "Mançester Siti"ni tərk etməməsinin səbəbini belə izah edib: 

“Niyə qaldım? Mən klubdan indi ayrıla bilməyəcəyimi hiss etdim. Çox sadədir. Səbəbini soruşmayın. Ola bilsin ki, ardıcıl 4 məğlubiyyət mənim komandadan ayrıla bilməyəcəyimi hiss etməyimə səbəb olub”.

Qeyd edək ki, Qvardiola 2016-cı ildə İngiltərə klubunun baş məşqçisi vəzifəsinə təyin olunub. Onun rəhbərliyi altında "şəhərlilər" 6 dəfə İngiltərə çempionu, 1 dəfə Çempionlar Liqasının qalibi olublar. "Mançester Siti" Premyer Liqanın cari mövsümünün 11 turundan sonra 23 xal toplayıb və hazırda 2-ci yerdədir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right