"Qızıl Top"un sahibi: "Messi bütün dövrlərin ən yaxşı oyunçusudur"

2024-cü ilin ən yaxşı futbolçusu seçilən "Mançester Siti"nin yarımmüdafiəçisi Rodri açıqlama verib.

Newsport.az xəbər verir ki, "Qızıl Top" mükafatının sahibi olan ispan futbolçu Lionel Messini bütün zamanların ən yaxşı futbolçusu adlandırıb:

"Heç bir şübhüm yoxdur. Mənim üçün Lionel Messi bütün dövrlərin ən yaxşı oyunçusudur. O, topu alanda fikirləşirsən ki, təhlükə var. Messi ilə qarşılaşanda topu ondan almağa çalışardım. Amma o, sən yoxmuşsan kimi səndən uzaqlaşardı".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right