"Fənərbaxça" milli üzvünü icarəyə verəcək

"Fənərbaxça" yarımmüdafiəçi Bartuğ Elmazı icarəyə verəcək.

Newsport.az xəbər verir ki, İstanbul təmsilçisi heyətə düşə bilməyən 21 yaşlı futbolçunu "Sivasspor"a göndərəcək. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.

Türkiyə U-21 millisinin üzvü mövsümün ikinci yarısını Sivas təmsilçisinin heyətində keçirəcək.

Qeyd edək ki, Bertuğ Elmaz bu mövsüm "Fənərbaxça"nın heyətində 3 rəsmi matçda meydana çıxıb. Gənc dayaq yarımmüdafiəçisi ötən mövsümün ikinci yarısında da "Sivasspor"da oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right