Gələn ay Yaponiyada keçiriləcək Klublararası Dünya Çempionatında ədaləti qoruyacaq hakimlərin siyahısı məlum olub.
Newsport.az-ın məlumatına görə, 1 ay sonra Uzaq Şərqdə başalayacaq yarışda 7 hakimlər briqadası işləyəcək.
Avropanı İsveç təmsilçisi Yonas Erikssonun təmsil edəcəyi turnirdə Alireza Faqani (İran, Asiya), Sidi Alium (Kamerun, Afrika), Joel Agilar (Salvador, KONKAKAF), Vilmar Roldan (Kolumbiya, KONMEBOL), Mettyu Konqer (Yeni Zelandiya, Okeaniya) və Ryuci Sato (Yaponiya, ev sahibi) da fit çalacaq.
Qeyd edək ki, 2 ildən sonra Yaponiyaya qayıdan çempionatın 12-ci yarışı 10-20 dekabr tarixlərində keçiriləcək. Mundilada 7 klub iştirak edəcək ki, onlardan 5-inin adı məlumdur: "Barselona" (UEFA), "River Pleyt" (KONMEBOL), "Amerika" (KONKAKAF), "Oklend Siti" (Okeaniya), "TP Mazembe" (Afrika FK). Asiya Futbol Kondeferasiyasının təmsilçisi noyabrın 21-də, ev sahibi Yaponiyadan olan komanda isə dekabrın 5-də dəqiqləşəcək.