"Millimizin son qələbəsinin nə vaxt olduğunu heç xatırlamıram. Üstündən o qədər zaman keçib ki..."
Newsport.az-ın məlumatına görə, bu sözləri Moldova yığmasının futbolçusu İqor Armaş deyib.
Rusiya "Kuban”ının şərəfini qoruyan 28 yaşlı müdafiəçi yığmasının acınacaqlı durumundan danışıb. Necə də olmasa, Moldova FİFA reytinqində 154-cü sıraya düşüb. Armaş bildirib ki, noyabrın 17-də Azərbaycanla matçda qələbə çox vacibdi:
"Artıq qələbə qazanmağın vaxtı çatıb. Baş verənlərə görə xəcalət çəkirəm. Mentalitetimizi dəyişməliyik. O zaman nəticələr də özünü çox gözlətməz. Azərbaycan millisinə qarşı növbəti oyunumuzda mütləq qələbə qazanmalıyıq”.