"Barselona"nın futbolçusu əməliyyat olundu

"Barselona"nın futbolçusu Andreas Kristensen əməliyyət olunub. 

Newsport.az xəbər verir ki, bu barədə "Catalunya Radio" məlumat yayıb. 28 yaşlı danimarkalı müdafiəçi hər iki ayağının vətərlərindən əməliyyat olunub. Onun yaşıl meydanlara qayıdışı yanvarın sonu olacağı ehtimal edilir. 

Qeyd edək ki, Andreas Kristensen avqustda zədələnib. O, bu mövsüm "Barselona"nın heyətində 1 oyuna çıxıb. Müdafiəçinin Kataloniya klubu ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right