"Zirə"nin legioneri Nigeriyaya qol vurdu, komandası qazandı

"Zirə"nin müdafiəçisi Ange Mutsinzinin şərəfini qoruduğu Ruanda millisi Nigeriyanın qonağı olub.

Newsport.az xəbər verir ki, Angenin komandası Afrika Millətlər Kubokunun seçmə mərhələsinin 6-cı turunda üz-üzə gəldiyi rəqibini 2:1 hesabı ilə məğlub edib.

Mutsinzi meydana start heyətdə çıxıb və sonadək oynayıb. O, 72-ci dəqiqədə komandasının bərabəlik qolunu vurub.

Altı oyundan sonra 8 xal toplayan Ruanda 3-cü pillədə qərarlaşır. 11 xalla lider olan Nigeriya isə ötən turdan pley-offa vəsiqəni təmin edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right