Kyeza İtaliyaya qayıdır?

"Liverpul"un italiyalı futbolçusu Federiko Kyeza karyerasını yenidən ölkəsində davam etdirə bilər. Newsport.az xəbər verir ki, bu barədə "Tuttosport" məlumat yayıb.

"İnter" 27 yaşlı yarımmüdafiəçini yanvarda mövsümün sonunadək icarəyə götürməyi planlaşdırır.

Qeyd edək ki, Kyeza “Liverpul”a ötən yay "Yuventus"dan keçib. O, “qırmızılar”ın heyətində buvaxtadək cəmi 3 oyun keçirib.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right