"Mançester Yunayted" hücum xəttinə yeni oyunçu qatmaq niyyətindədi. Newsport.az xəbər verir ki, “mankunianlar” icarə əsasında "Qalatasaray"da çıxış edən Viktor Osimhenlə yaxından maraqlanırlar.
İngilislər nigeriyalı forvard üçün onun müqavilə ilə məxsus olduğu "Napoli" ilə danışıqlara başlayacaq. Bildirilir ki, “Mançester Yunayted” rəhbərliyi bu keçidin baş tutması qarşılığında Neapol təmsilçisinə Coşua Zirkzeni və müəyyən məbləğdə pul təklif edəcək.
Qeyd edək ki, "Qalatasaray" Osimheni cari mövsümün sonunadək icarəyə götürüb.