Azərbaycan milli komandası beynəlxalq yoldaşlıq oyunu çərçivəsində Moldova yığması ilə qarşılaşacaq.
Newsport.az-ın məlumatına görə, artıq moldovanların Bakıya hansı heyətlə gələcəyi müəyyənləşib.
Belə ki, Ştefan Stoyka bu gün millimiz ilə oyun üçün heyəti açıqlayıb. Siyahıda 19 nəfər var:
Qapıçılar:İliye Çebanu (Mordoviya, Rusiya), Artyom Qayduçeviçi (Daçiya), Aleksey Koşelev (Şerif);
Müdafiəçilər:İqor Armaş (Kuban, Rusiya), Viktor Qolovatenko (Sibir, Rusiya), Katalin Karp (Styaua, Rumıniya), Vitali Bordian (Qelios, Ukrayna), Ştefan Burgiu, İon Jardan (hər ikisi "Zimbru"), Simion Bulqaru (Daçiya), Maksim Potirniçe (Şerif);
Yarımmüdafiəçilər:Aleksandru Dedov (Tarqu Mureş, Rumıniya), Aleksandru Antoniuç, Andrey Koyoçari (hər ikisi "Milsami"), Yevgeni Koçuk (Daçiya), Aleksandru Vremya (Zimbru), Aleksandru Onika (Zarya);
Hücumçular:Vladimir Ambros (Petrokub), Sergiu İstrati (Saksan).
Qeyd edək ki, Moldova millisi ayın 15-də Bakıya gələcək. Paytaxtımızda "Boulevard Hotel"də qalacaq moldovanlar noyabrın 17-də Bakı Olimpiya Stadionunda bizə rəqib olacaq. Matç saat 21:00-da başlayacaq.