“Barselona” klubunun prezidenti Xuan Laporta Fəxri xiyabanda mərhum prezident Heydər Əliyevin məzarını ziyarət edib.
Newsport.az xəbər verir ki, Laporta abidənin önünə əklil və gül dəstələri qoyub.
Kataloniya təmsilçisinin rəhbəri BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak məqsədi ilə dünən Azərbaycana gəlib.