"Barselona"nın prezidenti Bakıda yeniyetmə futbolçularla görüşəcək

Bakıda səfərdə olan "Barselona"nın prezidenti Joan Laporta Azərbaycan klublarının aşağı yaş qruplarından ibarət komandaları ilə görüşəcək.

Newsport.az-ın məlumatına görə, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirakı məqsədi ilə ölkəmizə gələn Laporta sabah futbol akademiyalarımızın yeniyetmə və gənc oyunçuları ilə ünsiyyətdə olacaq.

Qeyd edək ki, Joan Laporta Bakıya bu gün səfər edib. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right