Ançelotti gələcəyi ilə bağlı qərar verib

“Real”ın baş məşqçisi Karlo Ançelotti gələcək planları ilə bağlı qərar verib.

Newsport.az-ın məlumatına görə, italiyalı mütəxəssis müqaviləsinin sonuna kimi “kral klubu”nun baş məşqçisi kimi qalmaq istəyir. Tərəflər arasındakı sözləşmə 2026-cı ilin yayında başa çatacaq.

Ançelotti “Real”da qalsa, Leverkuzen “Bayer”indən Xabi Alonsonun təyinatı bir müddət gözləməli olacaq. Halbuki ispan mütəxəssisin gələn yay “Real”a rəhbərlik edəcəyi gözlənilirdi.

“Real” ötən mövsüm Ançelottinin rəhbərliyi altında La Liqa və UEFA Çempionlar Liqasının qalibi olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right