Van Nistelroy Çempionşip komandasını çalışdıra bilər

“Mançester Yunayted”in müvəqqəti baş məşqçisi olmuş Rud van Nistelroy İngiltərə Çempionşipində çıxış edən “Koventri”yə rəhbərlik edə bilər.

Newsport.az-ın məlumatına görə, niderlandlı mütəxəssis artıq “Koventri”də işləmək üçün müraciət edib.

“Koventri” Çempionşipdə 15 turdan sonra 16 xal toplayıb və hazırda 17-ci yerdədir.

Van Nistelroy keçən yay “Mançester Yunayted”ə baş məşqçi köməkçisi kimi qoşulmuşdu. 48 yaşlı mütəxəssis Erik ten Haq qovulandan sonra bir müddət “qırmızı şeytanlar”ın müvəqqəti baş məşqçisi vəzifəsini icra edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right