İspaniya millisinin sabiq müdafiəçisi Jerar Pike əvvəllər “Yuventus”a keçə biləcəyini deyib.
Newsport.az-ın məlumatına görə, ispaniyalı keçmiş futbolçu son qərarını evə gedəndə verdiyini bildirib:
“Barselona”ya qayıtmazdan əvvəl, “Mançester Yunayted”dəki son ilimdə “Yuventus”a keçə bilərdim. Amma evə gedəndə son qərarı verdim. Mən üç il “Mançester Yunayted”də keçirdim. 17 yaşımda kluba gəldim. O vaxt komandada liqanın bir neçə ən yaxşı mərkəz müdafiəçisi var idi: Vidiç və Rio Ferdinand. Biz Çempionlar Liqasını və Premyer Liqanı qazandıq, amma çox oynamadım”.
Pike “Mançester Yunayted”dən qayıtdıqdan sonra “Barselona”da 14 il keçirib və kataloniyalılarla mümkün olan bütün kubokları qazanıb.