“Arsenal”la “Liverpul” 100 milyon avroluq futbolçu üçün yarışacaq

Vest Hem”in yarımmüdafiəçisi Məhəmməd Kudus Premyer Liqanın iki klubunun maraq dairəsindədir.

Newsport.az “Daily Mail”-ə istinadən xəbər verir ki, qanalı futbolçunun xidmətinə “Arsenal” və “Liverpul” maraq göstərir.

Kudusun müqaviləsində 100 milyon avro təzminat nəzərdə tutulub. “Liverpul” və “Arsenal” gələn yay 24 yaşlı yarımmüdafiəçinin müqaviləsindəki maddəni aktivləşdirməyi düşünür.

Onunla “Vest Hem” arasındakı müqavilənin müddəti 2028-ci ilin yayına kimi hesablanıb. Futbolçunun özü də Çempionlar Liqası səviyyəsində olan kluba keçmək istəyir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right